Trampdan yeni təyinat
23:36 / 18.12.2016
1793

ABŞ-ın yeni prezidenti Donald Tramp Cənubi Karolina ştatından olan respublikaçı-konqresmen Mika Malveyni İnzibati-Büdcə İdarəsinin rəhbəri vəzifəsinə təyin edib.
"Qafqazinfo”nun verdiyi məlumata görə, yeni prezident Mika Malveynin rəhbərliyi ilə öz administrasiyasının ABŞ-ın büdcəsi ilə bağlı daha düzgün qərarlar verəcəyini bildirib.
Malveyni isə öz potensial təyinatını "şərəf" adlandıraraq Vaşinqtonda 8 il sonra büdcə və maliyyə balansının bərpa olunacağını söyləyib.