Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü AŞKAR OLUNDU

Hadisə
11:37 / 15.08.2024
5832
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Sfera.az xəbər verir ki, son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən 9 sürücü saxlanılıb.
Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən 12 avtomobil sahibi də saxlanılıb ki, onlardan birinin sürücülük hüququ olmayıb.
Aşkarlanan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.