MSK sədri: "Azad edilən ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək"

Siyasət
10:26 / 15.08.2024
3801
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar azad edilmiş ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək.
Sfera.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məntəqələrdən 34-ü daimi, 20-si isə müvəqqəti, yəni beş günlük məntəqələr olacaq.