Kabuslarla dolu “manekenlər qəbiristanlığı” - FOTOLAR
Böyük Britaniyada Rod Edvards adlı qadının “maneken qəbiristanlığı” var. O iddia edir ki, onun eksponatları bir kabus tərəfindən təqib edilir.
Sfera.az bildirir ki, Rod Edvardsın kolleksiyasında artıq 15 min maneken var. O, mankenləri keçmiş Kral Hava Qüvvələri bazasında saxlayır.
Rod Edvardsın maneken toplamağa hələ 2007-ci ildə başladığı bildirilir. Sonra o, Afrika sənət mağazasını bağlayıb. İndi onun kolleksiyasında 15 min maneken var. Hamısı Linkolnşirdəki keçmiş İkinci Dünya Müharibəsi Kral Hava Qüvvələri bazasında saxlanılır.
Rod manekenlərini icarəyə verir, hətta qəbiristanlıqda televiziya şouları da çəkirlər.
Bundan əlavə, Rod Edvards “Halloween” şərəfinə hər il tədbir təşkil edir. O, muzeyində bir ruhun olduğunu hiss etdikdən sonra bunu təşkil edib. Koronavirus karantini zamanı qadın muzeydə tək qalıb. Birdən müəyyən bir kölgə fiquru görüb.
"O vaxta qədər mən bilirdim ki, bizdə ruh var, ona görə də onu çağırdım. İndi ona Trevor deyirəm" - deyə Rod bildirib.
Rod indi Kral hərbi bazasının bir neçə ruhun evi olduğunu düşünür. Ruhlardan dördünə ad da qoyub.: Trevor, Coşua, Qladston və Sirli Hərbiçi.
Rod ruhların mövcudluğunu muzeyin indi yerləşdiyi yerin hərbi keçmişi ilə əlaqələndirir.
Aynil
Sfera.az