Fransalı milyarder dünyanın ən varlı adamlarının ilk üçlüyündən çıxıb
Lüks mallar istehsalçısı LVMH (LVMH Moet Hennessy - Louis Vuitton ) şirkətinin sahibi, Fransanın ən varlı iş adamı olan Bernard Arno dünyanın ən varlı adamları üçlüyündə geriləyib.
Sfera.az xəbər verir ki, bunu Bloomberg Milyarderlər İndeksinin (BBI) yenilənmiş məlumatları sübut edib.
Ümumi sərvəti 185 milyard dollar olan LVMH rəhbərini Meta-nın həmtəsisçisi Markm Zukerberq ilk 3-lükdən kənarlaşdırıb. Sonuncunun kapitalı, yenilənmiş məlumatlara görə, 188 milyarda çatıb.
Üstəlik, bir gün əvvəl, avqustun 13-də LVMH sahibinin ümumi sərvəti 184 milyard dollar, Zukerberqinki isə 183 milyard dollar qiymətləndirilib. Beləliklə, bir gündə amerikalı sahibkarın kapitalı 5 milyard artıb.
Yenilənmiş reytinqin liderləri daha iki ABŞ vətəndaşı - Tesla və SpaceX şirkətlərinin sahibi İlon Mask, həmçinin Amazon-un qurucusu Ceff Bezos olub. Birincinin sərvəti, yeni məlumatlara görə, 235 milyard dollara çatıb, ikincinin kapitalı isə 193 milyarda yüksəlib. Nəticədə, dünyanın ən zəngin üç adamını eksklüziv olaraq amerikalı iş adamları təmsil edir.
İnci
Sfera.az