Almaniyaya getmək istəyənlər mütləq oxusun
Cəmiyyət
23:19 / 18.12.2016
1262
2015-ci ildən sonra attestat alan azərbaycanlı məzunların Almaniyada ali məktəblərə qəbulu asanlaşdırılıb. Yeni qebul olunmuş qaydaya görə bu məzunlar Azərbaycanda daha 2 kurs ali təhsil almalı deyillər. Azərbaycan ali məktəblərinin birində 1 kurs bitirmiş tələbələr Almaniyada ali məktəblərdə təhsillərini davam etdirə bilərlər. Əsas şərtlərdən biri alman dili sertifikatının olmasıdır. Yeni qəbul qaydası "Studienkolleg" adlanan hazırlıq kurslarına da şamil olunur. Belə ki, köhnə qaydaya görə azərbaycanlı məzun Almaniyada hazırlıq kursunda təhsil almaq üçün gərək vətənindəki ali məktəbin birində ən azı 1 kurs bitirməli idi. Yeni qaydaya görə isə 11 illik orta təhsildən sonra sənədlərini hazırlıq kursunda təhsil almaq üçün təqdim edə bilər. Hazırlıq kursu bir il davam edir. Sonda buraxılış imtahanından müvəffəqiyyətlə keçmiş məzun istədiyi alman ali məktəbində təhsil almaq hüququ qazanır. Alman ali məktəblərinə tətbiq olunmuş yeni qayda haqqında məlumatı bizə Almaniyada yaşayan həmvətənimiz Mərdan Ağayev verib. O, azərbaycanlı məzun və tələbələrə Almaniyada təhsil haqqında məsləhət verən və sənədləşmə işində yardım göstərən ilk rəsmi şirkətin təsisçisidir. Yaratdiği təhsil şirkəti azərbaycanlı məzun və tələbələrin sənədlərinin alman dilinə rəsmi tərcüməsi ilə yanaşı, ali məktəbə təqdimi, qəbulu, hava limanında qarşılanması və sair ilə məşğul olur. Mərdan Ağayev 2-ci ali təhsilini Boxum şəhərindəki Ruhr-Universitetində alıb. Təhsilini bitirdikdən sonra müxtəlif dil məktəblərində alman dilindən dərs deyib. Hal-hazırda alman dili üzrə TestDaf sertifikatı verən və mərkəzi Boxum şəhərində yerləşən TestDaF İnstitutunda aparıcı mütəxəssis kimi işləyr. Eyni zamanda Almaniyanın 3 federal əyalətinin məhkəmə və ədliyyə orqanları üçün andlı və səlahiyyətli tərcüməçisi kimi fəaliyyət göstərir. O, 2007-ci ildən 2014-cü ilə qədər Almaniyada nəşr olunan "Azərbaycan tədqiqatları" adlı illik məcmuənin həmnaşiri olub. Bu məcmuənin 7 il ərzində 6 cildi işıq üzü görüb. /xeber.info/