Avropa İttifaqı “TikTok”a qarşı qadağaları sərtləşdirdi - SƏBƏB

Avropa İttifaqı “TikTok”a qarşı qadağaları sərtləşdirdi - SƏBƏB

"Avropa İttifaqı “TikTok” sosial şəbəkəsinə qarşı qadağaları sərtləşdirib. Avropa Komissiyası hələ ötən ilin fevralında öz işçilərinə iş telefonlarında “TikTok” quraşdırmağı qadağan edib".


Sfera.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

 

"Növbəti qadağalar daha sərtdir. Məsələ burasındadır ki, “TokTok” mesajlaşma bölməsinə yeni imkanlar əlavə etməklə platformasının funksionallığını genişləndirib. Bundan sonra istifadəçilər “TikTok”un mesajlaşma bölməsində 32 nəfərdən təşkil edilmiş qrup çatlarını yarada bilərlər. Yaradılmış qrup çatında real zaman ərzində videolar paylaşmaq və onlara rəy bildirmək mümkündür. Avropadakı rəqəmsal tənzimləyicilər, uşaqlar arasında asılılıq problemlərini əsas gətirərək, istifadəçiləri videolara baxdıqlarına və yaradıcılarla əlaqə saxladıqlarına görə mükafatlandıran yeni “TikTok” funksiyasını məhdudlaşdırıblar. Avropa Komissiyası bildirib ki, “TikTok” tətbiqinin əlavə versiyası olan “TikTok Lite”a qarşı məhkəmə işi açıb” - şərhçi qeyd edib.


E. Şahinoğlu deyib ki, yeniliyin əsas üstünlüyü onun 18 yaşdan yuxarı istifadəçilərə gündəlik daxil olmaqla, videolara baxmaq, paylaşımları bəyənmək və “TikTok”da dostları dəvət etməklə xal qazanmağa imkan verən Çağırışlar və Mükafatlar proqramıdır: 


"İstifadəçilər Lite tətbiqində gündəlik 85 dəqiqəyə qədər videoya baxaraq xallar qazana bilərlər. Xallar Amazon çekləri, hədiyyə kartları və ya “TikTok Coins” kimi mükafatlara çevrilə bilər - bu, yayımçılara və məzmun yaradıcılarına hədiyyələr göndərmək üçün istifadə edilə bilən daxili valyutadır. Avropa İttifaqının daxili bazar komissarı Therri Breton deyib ki, “biz TikTok Lite"ın yüngül siqaretlər qədər zəhərli və asılılıq yarada biləcəyindən şübhələnirik”. 


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Dünyanın gözü ABŞ-də: Trampın iqtisadi siyasəti necə olacaq? - ŞƏRH

“Donald Trampın iqtisadi siyasətində bir sıra istiqamətlər üstünlük təşkil edəcək”.   Sfera.az bildirir ki, bunu deputat, iqtisadçı Tahi...

Azərbaycan millisinin baş məşqçisi: "Hər oyuna qələbə üçün çıxırıq"

Hər oyuna qələbə üçün çıxırıq.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya v...

"Azərbaycan xalqı bundan sonra qalib xalq kimi yaşayacaq" - Prezident

Şəhərimizin ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər t...

COP29-un keçiriləcəyi Bakı Stadionunda inşaat işlərinin 99 faizi tamamlanıb

COP29-un keçiriləcəyi Bakı Stadionunda inşaat işlərinin 99 faizi tamamlanıb.   Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Azərba...

Azərbaycanla Özbəkistan arasındakı Müqavilə TƏSDİQLƏNDİ

Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla...

Sabah Bakıda yağış yağacaq, bölgələrdə isə... - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.   Bu b...