Şadlıq evləri niyə mərasim evlərinə çevrilir? - AÇIQLAMA

Son zamanlar bir çox şadlıq evlərindən mərasim evi kimi istifadə edilir.
Bu nə ilə əlaqədardır?
Mövzu ilə bağlı Sfera.az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, bu, tələb və təklif məsələsi ilə bağlıdır:
“Həyat tərzinin psixoloji vəziyyətinin dəyişməsi də bu bu hala təsir göstərib. Əvvəlki dövrlərdə daha çox sadə, həyət toylarına üstünlük verilib. Sonra isə şadlıq evləri dəbə düşüb. Şadlıq evləri gündən-günə çoxalmağa davam edib. Bu isə təklifin tələbatı ötməsinə səbəb olub. Bu səbəbdən hamısı eyni istiqamətdə faəliyyət göstərə bilmirlər. Məhz bu baxımdan profillərini dəyişməyə məcburdurlar. İndi isə yasların mərasim evlərində keçirilməsi dəbə düşüb. Bu da özlüyündə mərasim evlərinə olan tələbatı artıb. Şadlıq evləri normadan artıq olduğuna görə, müəssisənin profili dəyişilərək mərasim evi kimi istifadə edilir.Tələbin çoxluğunu nəzərə alaraq çox sayda mərasim evləri tikilməlidir”.
Elçin Bayramlı qeyd edib ki, qız və oğlan toylarının ayrı-ayrılıqda deyil, bir keçirilməsi də şadlıq evlərinə olan tələbatı azaldıb:
Artıq dəbdəbəli toylardansa, kiçik yığıncaqlara üstünlük verilir. Statistikaya baxanda görə bilirik ki, nikahların sayı da əvvəlki illərlə müqayisədə azalıb".
Ülkər Abdurahmanlı