Azərbaycanın bu silahı düşməni darmadağın edəcək – VİDEO

Azərbaycanın bu silahı düşməni darmadağın edəcək – VİDEO

"Aprel döyüşlərində düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynadı”.

Sfera.az ATV-yə istinadən xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-cu ildönümü  ilə bağlı keçirilən  tədbirdə nazir Yavər Camalov  bildirdi ki, həmin döyüşlərdə Azərbaycan istehsalı olan pilotsuz uçuş aparatları sınaqdan uğurla çıxıb.

"Bu gün Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsulların keyfiyyəti beynəlxalq standartlara cavab verir. Bizim güc qurumlarına təhvil verdiyimiz məhsulların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıq olub. Çeşidlərin sayı da 1,8 dəfə artıq olub”.

Bu il ilk dəfə xüsusi təyinatlı "Yalquzaq” snayper tüfəngi, tank əleyhinə qumbaraatan üçün qumbara, 6 və 24 yerlik çadır, mina partladıcıların seriyalı istehsalına başlanılıb. Yaxın vaxtlatrda isə "Zərbə” pilotsuz uçuş aparatlarının seriyalı istehsalına başlanılacaq.

Artıq bir çox ölkələrə, ABŞ, Cənubi Koreya və Afrika ölkələrinə hərbi təyinatlı məhsullar satılır.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin tərkibində 28 zavod fəaliyyət göstərir. Həmin zavodlarda 1160 adda müdafiə sənayesi təyinatlı məhsul istehsal olunur.


OXŞAR XƏBƏRLƏR

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...

“Aprelin əvvəlində sənədlər hazırlansın”- Prezident göstəriş verdi

“Ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var....

Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi

Fransada yaşayan 44 yaşlı kişi ayağındakı ağrı və zəiflik səbəbindən həkimə müraciət edib. Müayinələrdən sonra həkimlər ayaq ağrılarının nevroloji pozğunluqdan ...