Pakistan olimpiya çempionuna 897 min dollar mükafat verdi

İdman
11:32 / 14.08.2024
9472
Ərşad Nadim Pakistana yeganə qızıl medalı qazandırıb.
Sfera.az xəbər verir ki, Pakistan Paris Olimpiadasında nizə atma çempionu olan Ərşad Nadimə 897 min dollar mükafat (250 milyon rupi) verib.
Ərşad Nadim həm də nizə atma yarışında olimpiya rekordu qırıb: 92,97 metr.
İdmançıya “PAK 92.97” nömrəli maşın da hədiyyə edilib. Nadimin məşqçisi Salman İqbal Bata da 5 milyon rupi (18 min dollar) verilib.Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadda idmançının şərəfinə keçirilən xüsusi mərasimdə çıxış edərək onu təbrik edib.
Pakistan Paris Olimpiadasında cəmi 1 qızıl medal qazana bilib.
Ülkər Abdurahmanlı