Pamela Anderson Hollivudu tərk etməsinin səbəbini açıqlayıb - FOTO
1990-cı illərdə ABŞ-ın əsl seks simvolu olan və Hollivudda uğurlu karyera qurmağı bacaran aktrisa və model Pamela Anderson birdən-birə oranı tərk edib. Pamela bu “arzular fabriki” adlandırılan Hollivudu tərk etməkdən heç vaxt peşman olmayıb.
Sfera.az bildirir ki, bu addım, digər şeylərlə yanaşı, “Playboy” cizgi filmindən xilas olmaq üçün atılmış addım olub. Bu fikirləri Pamela Anderson özü buraxacağı yemək kitabının təqdimatından əvvəl mediaya bildirib.
Aktrisa xoşbəxtliyi Los-Ancelesin işıqlarının parıltısından uzaq sadə şeylərdə tapdığını deyib. O hal-hazırda da Vankuverdəki evində həyatdan zövq alır.
Pamela son illərdə təbii görünüşə keçidin şüurlu bir qərar olduğunu vurğulayaraq makiyajdan da imtina edib.
"Həmişə bağlı olduğum bu obrazı buraxmağımın başlanğıcı oldu. Yaratdığım bu cizgi filmi personajı yaxşı, əyləncəli idi. Amma mən artıq o insan deyiləm"- Pamela deyib.
Onun sözlərinə görə, o, gözəllik ideyasına və insanların taxmağa məcbur olduğu maskaya etiraz etmək istəyib. Pamela heç kimin onun makiyajdan imtina etməsinin fərqinə varacağını gözləmirdi, lakin dünya ona özünə yeni baxış tərzini göstərib.
"Mən maskanı çıxaran kimi bütün dünya açıldı" - deyə aktrisa bildirib.
90-ların seks simvolu daha sonra dodaq boyasından imtinanın gözəlliyə baxışını necə dəyişdiyini izah edib:
"Belə oldu ki, bir dəfə Paris Moda Həftəsində: "Mən üç saat vizaj kreslosunda oturmayacağam. Luvr muzeyinə gedəcəm”dedim”.
İndi Pamela ona qoyulan obrazdan uzaqlaşdığı üçün sevinir.
"Hər şeyi etdiyimə görə çox şadam. Amma mən indi olduğum yerdən razıyam. Ən əsası bütün bunların öhdəsindən gəldim və indi o qədər rahatlaşmışam ki, özüm ola bilirəm və özümə ayırdığım vaxtdan həzz alıram”.
Pamela hazırda özünün "Mən səni sevirəm: Ürəkdən gələn reseptlər" adlı yemək kitabını çapdan buraxmağa hazırlaşır.
Kitabın təqdimatı oktyabrın 15-nə planlaşdırılır. İçərisində 80 unikal yeməyin reseptləri yer alacaq.
Aynil
Sfera.az