Karyerasını korlamamaq üçün: “Porsche” meneceri övladını pəncərədən atlb


Karyerasını korlamamaq üçün: “Porsche” meneceri övladını pəncərədən atlb

Məşhur “Porsche” avtomobil brendinin top meneceri Katarina Yovanoviç karyerasını korlamamaq üçün öz övladını pəncərədən aşağı atıb.


Sfera.az bildirir ki, hadisə bir ay öncə baş versə də, mətbuata təfərrüatlar yeni məlum olub.


Qonşular qadının hamilə olduğunu bilmədiklərini deyiblər. O, gizlicə uşaq dünyaya gətirib və dərhal ondan xilas olmaq qərarına gəlib.


Qadın indi yeddi il yarım həbsdə qalacaq. Top menecer körpənin karyerasını pozacağından narahat olub və buna görə də doğulan qız körpəsini evinin pəncərəsindən aşağı atıb.


Qorxudan yoldan keçənlər qadının balkonunun altında kəllə sümüyü qırılmış körpə cəsədi aşkar edərək polisə müraciət ediblər. Yovanoviç 11 ay əvvəl, sentyabrın 12-də evdə uşaq dünyaya gətirib, sonra körpəni mənzilinin pəncərəsindən atıb.


Yovanoviç keçirilən məhkəmə prosesinin əvvəlində cinayəti etiraf edib, lakin məhkəmə qərarını izah edə bilməyib.


Məşhur avtomobil markasının əməkdaşı da hamilə olduğunu bilmədiyini iddia edib. Lakin prokurorluq onu qətldə, hamiləliyini qəsdən həmkarlarından və qonşularından gizlətməkdə ittiham edib.

 

Prokurorlar məhkəməyə bildiriblər ki, Yovanoviç analığın “Porsche”nin hüquq departamentinin rəhbəri kimi karyerasını məhv edəcəyini düşünüb.
 

“Təqsirləndirilən şəxs uşaq naminə həyat planlarını, xüsusən də peşəkar inkişafını bir kənara qoymağa hazır olmaylb” - deyə iş üzrə prokuror qeyd edib.
 

Qadının vəkilləri isə onun hamilə olduğunu bilmədən evdə tək doğuşdan sonra körpəni təsadüfən buraxması səbəbindənö bunun qəsdən adam öldürmə olmadığını iddia ediblər.
 

Təqsirləndirilən şəxsin vəkili: "O, qəza ilə uşağı yerə atlb" - deyə bildirib.


Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.   Sfera.az xəbər verir ki, məktubda deyilir: ...

Bu gün Şuşa şəhəri GÜNÜDÜR

Azərbaycanın igid oğulları 2020-ci il noyabr ayının 8-də yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən, eyni zamanda demə...

Xankəndidə ilk mərhələdə 170 abonent “mavi yanacaq”la təmin edilib - VİDEO

Noyabrın 8-də saat 08:44-də Xankəndi şəhərində ilk mərhələdə 170 abonent “mavi yanacaq”la təmin edilib.   “Report”&...

Kamaləddin Qafarov: “Antiterror əməliyyatı Şuşa Zəfərinin məntiqi davamı idi”

“İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi Qələbəmizin əbədiləşdirməsi istiqamətində atılan mühüm addıml...

Azərbaycan kikboksçusu iki qızıl medal qazandı

Azərbaycan kikboksçusu Eduard Məmmədov Yunanıstanın paytaxtı Afinada keçirilən Kikboksinqin WAKO versiyasında Avropa çempionatının "Master Class" kate...

DTX-də Zəfər Günü ilə bağlı konsert TƏŞKİL OLUNDU - FOTOLAR

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil olunub.   Bu barədə Sfera.az-a DTX-dən məlum...