"Totenhem"in müdafiəçisi "Milan"a keçib

21:25 / 13.08.2024
6428
İtaliyanın "Milan" klubu "Tottenhem"in müdafiəçisi Emerson Royalla müqavilə imzaladığını rəsmən açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, iyirmi beş yaşlı idmançı ilə müqavilə dörd illikdir. Transferin məbləği barədə məlumat verilmir, lakin mətbuatda yer alan məlumata görə, “Milan” Emerson Royal üçün 15 milyon avro, əlavə olaraq bonuslar ödəyib. Xatırladaq ki, Royal 2021-ci ilin yayından "Barselona"dan 25 milyon avroya alındıqdan sonra "Tottenhem"də oynayır.
İnci
Sfera.az