Deputatlığa namizəd Günay Ağamalı növbəti dəfə seçicilərlə görüşdü - VİDEO

Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonu Boranıkənddən olan seçicilərlə görüşüb.
Sfera.az xəbər verir ki, Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı 12 avqust 2024-cü ildə Salyan rayonu Boranıkənddə seçicilərlə görüşüb.
Görüşdə deputatlığa namizəd Günay Ağamalının tərçümeyi-halı və platforması barədə ətraflı məlumat verilib.
Səmimi keçən görüşdə Günay Ağamalı seçicilərin problemlərini, qayğılarını dinləyib
Tədbirdə çıxış edən Günay Ağamalı: “ Biz hamımız 30 il olduq Qarabağlı, cənab Prezidentimizin ətrafında sıx birləşdik. Hər birimiz “Qarabağ Azərbaycandır!” dedik və ona nail olduq. Bu gün isə hər birimizin Qərbi Azərbaycanlı olmaq zamanıdır. İndi isə hamımız Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ətrafında sıx birləşməliyik”.
Seçicilər Günay Ağamalıya uğurlar arzuladılar və sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə ona səs verəcəklərini bildiriblər.