Məclislərdəki kütləvi zəhərlənmələr: Məsul şəxs kimdir və onu hansı cəza gözləyir?

Məclislərdəki kütləvi zəhərlənmələr: Məsul şəxs kimdir və onu hansı cəza gözləyir?

Tez-tez yaslarda və toylarda kütləvi zəhərlənmələrlə bağlı məlumatlar eşidirik. Elə ötən günlərdə Göygöl rayon Toğanalı kəndində yerləşən restoranların birində də zəhərlənmə halı qeydə alınıb. Burada 20 nəfər qidadan zəhərlənib. Eyni gündə Gəncədə də kütləvi zəhərlənmə olub. Yas mərasimində iştirak edən 100-dən artıq adam qidadan zəhərlənib. Xəstələrin bəziləri Göygöl rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Maraqlıdır, qanunla bu cür kütləvi zəhərlənmələrə görə kimlər məsuliyyət daşıyır? Məclis sahiblərini də hər hansısa bir qanuni tədbir gözləyirmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, yaslarda, toylarda kütləvi şəkildə zəhərlənmə ölümə və ya ölümlərə səbəb olarsa, bu, ehtiyatsızlıqdan adam öldürmə cinayətinin tərkibini yaradır:

 

“Məsuliyyəti isə qida məhsullarının, yeməklərin keyfiyyətinə nəzarətə məsul edilmiş şəxslər daşıyır. Məsələn, şadlıq sarayında kütləvi zəhərlənmə hadisəsi üçün məsuliyyəti həmin şadlıq sarayının müdiriyyəti və ya belə nəzarətə təhkim olunmuş şəxs daşıyır. Yas məclisi mərasim evində deyil, məclis yiyəsinin evində baş tutursa, burada məsuliyyəti məclis yiyəsinin özü daşıyır”.

 

Vəkil Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsindən də söz açıb:

 

“Bu maddəyə əsasən, ehtiyatsızlıqdan adam öldürmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  Ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə— iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR