“Blogerlər yüksək məbləğlər qarşılığında reklam edirlər” - AÇIQLAMA

“Blogerlər yüksək məbləğlər qarşılığında reklam edirlər” - AÇIQLAMA

Əksəriyyət blogerlərin bir çox şeyi pulsuz əldə etdiklərini düşünür. Onların müftə yeyib geyindikləri düşünülsə də bu, yanlışdır. 


Sfera.az xəbər verir ki, bu barədə fikirləri Sura Huseynin youtube kanalına qonaq olan influenser Banu Allahverdi bildirib.


“Mənim tanıdığım heç bir bloger pulsuz yemək və geyim qarşılığında reklam etmirlər. Onlar yüksək məbləğ qarşılığında reklam qəbul edirlər. Blogerlik dünyada çox geniş yayılıb və cəmiyyətə böyük təsir gücünə malikdir”. 


O bildirib ki, bu gün tanınmaq daha asandır:  


“İndi bloger olmaq əvvəlki illərə nisbətən daha rahatdır, amma hər kəs eyni üsulla tanına bilməz. Ona görə fərqli bir cəhəti ilə seçilməlidir.” 


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR