Nisbət dəyişdi, Türkiyədə ən çox evi artıq ONLAR ALIR

Nisbət dəyişdi, Türkiyədə ən çox evi artıq ONLAR ALIR

Türkiyə Statistika Təşkilatı (TSK) xarici ölkə vətəndaşlarının aldığı mənzil sayını açıqlayıb. 


Sfera.az TSK-ya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində əcnəbilərə 12 929 ədəd mənzil satılıb. 


Mənzillərin çox hissəsini Rusiya vətəndaşları alıb. Onlar yeddi ay ərzində 2 908 mənzilə sahib olublar. 


Türkiyədə mənzil alan əcnəbilər arasında Rusiya vətəndaşlarının sayının çox olması 2023 və 2022-ci illərdə də müşahidə edilib. Bunun başlıca səbəbi isə Rusiya-Ukrayna müharibəsidir. 


Digər mühüm səbəb rusların Türkiyədə istirahətə üstünlük verməsidir. Türkiyəyə istirahət üçün tez-tez səfər edənlərin bəziləri qardaş ölkədə mənzil alır. 


Müharibədən öncə isə əcnəbilər arasında Türkiyədə ən çox mənzili İraq, İran və Səudiyyə Ərəbistanı vətəndaşları alırdı.


Vasif


OXŞAR XƏBƏRLƏR