Arzu Əliyeva həyat yoldaşının ad gününə elə qiymətli bir şey hədiyyə etdi ki...VİDEO
Cəmiyyət
18:00 / 18.12.2016
24452
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyeva sosial şəbəkədə yeni video yerləşdirib. Sosial medianın fəal istifadəçisi olan Arzu xanım bu dəfə həyat yoldaşı Səməd Qurbanovun ad gününü özəl bi video ilə təbrik edib.
Xatırladaq ki, Arzu xanım 2011-ci ildə Rusiyada tanınmış iş adamı, Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradıcılarından olan Aydın Qurbanovun 23 yaşlı yeganə oğlu Səməd Qurbanovla ailə qurub.
Arzu Əliyevanın həyat yoldaşı Səməd Qurbanov Moskvada doğulub və böyüyüb, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunu bitirib. Hazırda ailə biznesi ilə məşğul olur. Arzu Əliyeva isə İngiltərədə təhsil alıb. O, dörd dildə sərbəst danışır, xeyriyyəçiliklə məşğul olur və Heydər Əliyev Fondunun həyata keçirdiyi aksiyalarda aktiv iştirak edir.
]