İrandan Azərbaycana 134 kq narkotikin keçirilməsinin QARŞISI ALINDI

İrandan Azərbaycana 134 kq narkotikin keçirilməsinin QARŞISI ALINDI

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının (DSX) birgə keçirdikləri növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb.

 

DİN-dən Sfera.az-a verilən xəbərə görə, İmişli rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə Samit Məmmədov və tanışı Hidayət Rəşidov saxlanılıblar. Sonuncunun idarə etdiyi nəqliyyat vasitəsindən 134 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, tiryək və 1000 ədəd metadon həbi aşkarlanıb:

 

"Şübhəli şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə İmişli rayonu ərazisində gizlədilən yerdən əldə etdiklərini bildiriblər.
Araşdırmalarla Samit Məmmədov və Hidayet Rəşidovun qaçaqmalçılıq yolu ilə narkotik vasitələri sərhədyanı bölgələrdən paytaxta tədarükünü təşkil etməsi məlum olub".

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR

Doğuşdan sonra üzündə qorxunc izlər yaramağa başlayan qadın təcrübəsini paylaşdı -FOTO

Hamiləlik qadının bədənində və dərisində bir çox dəyişikliklərə səbəb ola bilər. Malayziyalı qadının doğuşdan sonra sifətindəki dramatik dəyişiklik sosial media...

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...