Narkotikin təsiri altında olan sürücü həbs edildi - VİDEO

Narkotikin təsiri altında olan sürücü həbs edildi - VİDEO

Bərdədə narkotik vasitənin təsiri altında sərnişin mikroavtobusu idarə edən sürücü həbs edilib.

 

Bu barədə Sfera.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayondaxili marşrut xətti üzrə idarə etdiyi "Mersedes" markalı mikroavtobusla sərnișindaşıma qaydasını pozduğuna görə sürücü Murad Həsənli saxlanılıb:

 

“Araşdırmalarla sürücünün hüququ olmadan avtomobili idarə etdiyi və narkotikin təsiri altında olduğu müəyyən edilib. M.Həsənli barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib”.

 

Qurumdan həmçinin bildirilib ki, məhkəmənin qərarına əsasən o, 1 ay müddətinə inzibati qaydada həbs edilib. 

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...