Günay Ağamalı seçicilərlə görüşdü - VİDEO

Günay Ağamalı seçicilərlə görüşdü - VİDEO

65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunun Şorsulu kəndində seçicilərlə görüşüb.
 

Sfera.az bildirir ki, Ana Vətən Partiyasından deputatlığa namizəd Günay Ağamalı seçicilərlə görüşlərini uğurla davam etdirir.
 

Günay Ağamalı 12 Avqust 2024-cü ildə Salyan rayonu Şorsulu kəndində rayon ictimaiyyətinin nümayəndələri, kənd ağsaqqalları, ziyalılar və şəhid ailələri ilə görüşüb.


Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 

Əməkdar müəllim Fərqanə Cəbrayılova və Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin Salyan Rayon Komitəsinin sədri Günaydın Əhədova deputatlığa namizəd Günay Ağamalının tərcümeyi-halı və fəaliyyəti barədə məlumat verdilər.
 

Tədbirdə çıxış edən Günay Ağamalı seçicilərə platforması barədə ətraflı məlumat verib. O, seçki platformasının əsas istiqamətlərinin dövlət quruculuğu, sosial-iqtisadi sfera, sahibkarlığa dəstək, qadın-uşaq hüquqlarının qorunması, şəhid, qazi ailələrinə, kimsəsiz ahıllara, tələbə və şagirdlərə diqqət, qayğı, Salyan-Biləsuvar-Neftçala rayonları ilə bağlı öhdəliklər və digər məsələləri əhatə etdiyini diqqətə çatdırıb.
 

65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizəd olmasının onda böyük qürur hissi yaratdığını qeyd edən G.Ağamalı Salyan torpağının Azərbaycanın fəxri olan generallar, görkəmli ziyalılar, mədəniyyyət, incəsənət xadimləri və tanınmış şəxsiyyətlərin Vətəni olduğunu bildirdi. O, salyanlıların xalqına, dövlətçiliyimizə çox bağlı olduğunu qeyd edib.


Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən namizəd bu yolun müqəddəs bir yol olduğunu önə çəkib: “Biz Azərbaycanın sürətli inkişafı üçün yorulmadan çalışan cənab Prezident İlham Əliyevin getdiyi yolun yolçularıyıq, Heydər Əliyev yolunun davamçılarıyıq”.
 

Günay Ağamalı ona göstərilən dəstəyə görə seçicilərə öz təşəkkürünü bildirib, deputat seçiləcəyi təqdirdə onların problemlərinin səlahiyyəti çərçivəsində həll olunması istiqamətində səylə çalışacağını vurğulayıb.
 

Görüşdə çıxış edən seçicilər Balaş Əhmədov, Alimə Babayeva, Şərqiyyə Sadıqova deputatlığa namizəd Günay Ağamalıya uğurlar arzuladı və sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə ona səs verəcəklərini bildiribər.
 

Günay Ağamalının təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.
 

12 Avqust 2024-cü il.

 


OXŞAR XƏBƏRLƏR