Azərbaycan universitetlərində yeni magistr proqramı yaradılacaq

Azərbaycan universitetlərində yeni magistr proqramı yaradılacaq

Azərbaycan universitetlərində yeni magistr proqramı yaradılacaq.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.

Strateji Yol Xəritəsində qeyd edilib ki, Azərbaycanda ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili məktəblərində turizm və otelçiliklə bağlı ixtisaslar üzrə praktik səriştələrin aşılanması üçün mövcud olan maddi-texniki baza beynəlxalq standartlara uyğun deyil və tələbələrə daha çox nəzəri biliklər tədris olunur. Bu sektor üzrə yüksəksəviyyəli idarəçilərin yetişdirilməsini nəzərdə tutan turizm sektorunda biznesin idarə edilməsi üzrə magistr proqramı da (turizm sektoru üzrə MBA proqramı) Azərbaycanda mövcud deyil. Təcrübəli işçilər daha yüksək əməkhaqqı imkanlarına görə Bakı şəhərində işləməyə cəhd göstərir və bu da digər regionlarda turizm müəssisələrinin təcrübəli və ixtisaslı kadrlarla təmin edilməsində çətinliklər yaradır. Bu baxımdan qonaqpərvərlik təlimi kurslarının ("hospitality training courses”) təsnifləşdirilməsinə və xüsusilə regionlarda mövcud, yaxud da potensial işçilərin təliminə diqqət yetirilməsi vacibdir. Strateji Yol Xəritəsində bildirilib ki, ilk illərdə Azərbaycan Turizm və Menecment Universitetində, daha sonra isə seçilmiş universitetlərdə turizm üzrə MBA proqramının yaradılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti dövlət qurumları ilə birgə iş aparacaq. Bu məqsədlə dünyanın turizm üzrə ən yaxşı MBA məktəbləri ilə tərəfdaşlıq əlaqələri qurulacaq.

 


OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...