Azərbaycan əhalisi qocalır - Son 30 ildəki dəyişiklik

Azərbaycan əhalisi qocalır - Son 30 ildəki dəyişiklik

Son 30 ildə (1994-2003) Azərbaycan əhalisinin yaş qrupları üzrə xüsusi çəkisində dəyişiklik müşahidə edilir. Dəyişikliyin dinamikası göstərir ki, Azərbaycan əhalisi qocalır və yaşı 60-dan yuxarı olan vətəndaşların sayı sürətlə artır. 


Sfera.az rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, 1994-cü ildə yaşı 60 və daha yuxarı olanların payı 8,8 faiz idi. Ötən ilin sonunda onların xüsusi çəkisi 14,9 faizə yüksəlib. 


Müqayisədən görünür ki, otuzillik dövrdə Azərbaycanda yaşlı insanların ümumi əhali sayında payı 69 faizdən çox artıb. 


Dəyişiklik özünü ahıl insanlar (yaşı 70 və daha yuxarı) qrupunda da göstərir. Belə ki, 30 il əvvəl əhalinin 3 faizi ahıl idisə, hazırda insanların 5 faizi ahıl yaşdadır. 
Proqnozlara görə, yaşlı insanların sayının artması qarşıdakı illərdə də davam edəcək. Xüsusən pensiya yaşında olan insanların sayında daha çox artım olacaq. Bu artım dövlətin pensiya xərclərini də artıracaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...