Vətən müharibəsi iştirakçısı iki gündür tapılmır: Avtomobili kanaldan çıxarıldı

Cəmiyyət
19:12 / 10.08.2024
6465
Avqustun 9-da Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə ilkin ehtimala görə içərisində bir nəfərin olduğu avtomobilin Taxtakörpü su kanalına düşməsi ilə əlaqədar əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hazırda batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Abusət Xanlar oğlu Əliyevin axtarışları dalğıc-xilasedicilər tərəfindən fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.