Medvedevdən “Bild”in şərhinə SƏRT REAKSİYA: “Rus tanklarını Berlinə...”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Bild” qəzetindəki bir maqələyə görə Almaniyanı işğalla hədələyib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın “Bild” qəzeti Ukraynanın Kurks vilayətinə daxil olmasından bəhs edən zaman “alman tankları Rusiyaya qayıtdı” şəklində şərh verib.
Qəzetin Kursk əməliyyatı haqqında bu cür şərh verməsi Rusiyanı qəzəbləndirib.
Bu şərhə D.Medvedev “X” sosial şəbəkə hesabından cavab verib: "Almaniyanın "Bild" qəzeti revanşist məqalə dərc edib və orada alman tanklarının Rusiya ərazisinə qaytarıldığını qürurla qeyd edib. Buna cavab olaraq bildirik ki, biz ən yeni rus tanklarının “Platz d.Republik”ə (Berlin parlamentinin önündəki meydan - red.) göndərilməsi üçün hər şeyi edəcəyik".
Qeyd edək ki, alman qəzeti yazısında Ukrayna ordusunun Kursk bölgəsində Almaniyanın ən azı “Marder” tipli üç zirehli döyüş maşınından istifadə etdiyini yazıb.
Vasif