Kursk əməliyyatının 5 HƏDƏFİ - NATO ekspertinin ŞƏRHİ

Kursk əməliyyatının 5 HƏDƏFİ - NATO ekspertinin ŞƏRHİ

NATO eksperti Stefani Babst Ukrayna silahlı qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumunun beş mümkün hədəfinin olduğunu düşünür. 


Sfera.az xəbər verir ki, Almaniyanın “Bild” nəşrinə açıqlama verən ekspert həmin hədəflərdən danışıb. 


Onun fikrincə, Ukrayna ordusunun Kurska müdaxiləsi yaxşı planlaşdırılıb və bu əməliyyat Rusiya ordusunu təəccübləndirib. 

 

Babstın qənaətincə, bu hücumda birinci hədəf Putinə təzyiq etməkdir. Ekspertin sözlərinə görə, hücumu uğurlu həyata keçirməklə Ukrayna Rusiyanı müdafiə mövqeyinə çəkilməyə vadar etmək istəyir. 


O, ikinci hədəfin Ukraynanın döyüş qabiliyyətini sübut etmək istəyi olduğunu deyib: “Ukrayna öz əhalisinə və Qərbə Ukrayna silahlı qüvvələrinin güclü olduğunu, hücum qabiliyyətini itirmədiyini göstərmək istəyib. Uzunmüddətli perspektivdə bu, müttəfiqlərin Ukraynanın Qərb silahları ilə təminatda tərəddüdən yayındıracaq”. 


Ekspertə görə üçüncü hədəf rus qoşunlarının cəbhənin digər hissələrinə təzyiqini azaltmaqdır: “Donbass və Xarkovda Ukrayna Rusiyanın hücumunu dayandırmaqda çətinlik çəkir. İndi ruslar ukraynalıları Kursk bölgəsində dayandırmaq üçün qüvvələrinin bir hissəsini həmin əraziyə göndərməlidir. Bu yerdəyişmə rusların cəbhədə gücünü zəiflədəcək”. 


Ukraynanın dördüncü hədəfi Kursk Atom Elektrik Stansiyasını (AES) ələ keçirməkdir. NATO eksperti hesab edir ki, ukraynalılar Kursk AES-i nəzarətə götürüb, sonra onu Rusiyanun ələ keçirdiyi Zaporojye AES-lə dəyişmək istəyəcək.


Ekspert sonuncu hədəfin Rusiyanın qaz ixracına zərbə olduğunu düşünür.

 

Onun fikrincə, Ukrayna daha çox qaz ixracının həyata keçirildiyi Sudjadakı qazölçmə stansiyasına nəzarət etməyə çalışır: “Stansiya Avropa və Rusiyanı birləşdirən qaz kəmərinin əsas elementidir. Onun ələ keçirilməsi Rusiyanın qaz biznesi üçün əhəmiyyətli itki olardı". 


Qeyd edək ki, Ukraynanın Kurs əməliyyatlarına daha çox qüvvə cəlb etməsi rəsmi Kiyevin burada daha çox ərazini nəzarətə götürməyi hədəflədiyini göstərir. Öncə bir briqada ilə Kurska girən Ukrayna, iki gün sonra briqadaların sayını üçə, dünən isə beşə çatdırıb. Artıq bir aviasiya briqadası da əməliyyatlarda iştirak edir. 
“Bild” yazır ki, Ukrayna ordusunun nəzarətinə keçən ərazi 1000 kvadrat kilometri ötüb. Kursk vilayətinin sahəsinin 29,8 min kvadrat kilometr olduğunu nəzərə alsaq, artıq ukraynalılar vilayət ərazisinin 3 faizindən çox hissəsinə nəzarət edirlər. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...