Füzulinin icra başçısından İlham Əliyevə şikayət

Füzulinin icra başçısından İlham Əliyevə şikayət
 
Füzuli rayonu, Horadiz şəhər sakini Rzayev Qalib Telman oğlu ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb

Bir surəti də Politika.Az-a ünvanlanan müraciətdə rayon rəhbərliyindən şikayət edilir. Vətəndaş öncə İ.Əliyevə 14 noyabr 2016 – cı il tarixdə Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 3 milyon manat pul ayrılması haqda sərəncamına görə minnətdarlığını ifadə edir. 

Daha sonra yazır: "Cənab Prezident, ayrılan pul həyat şəraitimizin daha da yaxşı olması üçün, bizim həyatımıza abadlıq, rahatlıq gətirmək əvəzinə, bəzi iş yarıtmaz kiçik məmurlar tərəfindən bunun əksi başımıza gəldi. Belə ki, həyətimizdəki yaşıllıqlar məhv edildi, bu il sizin tapşırdığınız baramaçılığın və ipəkçiliyin inkişafı üçün mövcud tut ağaclarının qorunması və yenilərinin əkilməsi əvəzinə tut ağacları kökündən kəsildi, dünyada və Azərbaycanda maliyyə sıxıntısı olan bir dövrdə cəpərlərimiz dağıdıldı, bəzilərimizin bu çətin zamanda yenidən tikə bilməyəcəyimiz həyətyani tikililərimiz dağıdıldı. Hansı ki, orada sakinlər ailə büdcəsinə kömək ola biləcək toyuq-cücə, müxtəlif ev quşları saxlayırdı. Cənab Prezident, bunlarla bağlı 08 dekabr 2016-cı il tarixdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının yanında olmuşam.

İcra başçısı iş icraçılarına dağıdılmış çəpərimizin düzəldilməsini tapşırıb (təəssüflər olsun ki, kəsilmiş ağacları bərpa etmək mümkün deyil). Ancaq bu günə qədər bizə vurulmuş ziyan bərpa olunmayıb. Ola bilsin ki, Sizə müraciət etdiyimə görə, bu şəkilləri (şəkillər əlavə edilir-red.) göndərdiyimə görə daha da cox hücümlara, ziyanlara məruz qala bilərəm. Ancaq mən inanıram ki, Siz hər bir Azərbaycanlının Prezidentisiniz və sizə haqlı müraciət edən vətəndaşların tərəfindəsiniz”.

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.



OXŞAR XƏBƏRLƏR

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...

“Aprelin əvvəlində sənədlər hazırlansın”- Prezident göstəriş verdi

“Ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var....

Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi

Fransada yaşayan 44 yaşlı kişi ayağındakı ağrı və zəiflik səbəbindən həkimə müraciət edib. Müayinələrdən sonra həkimlər ayaq ağrılarının nevroloji pozğunluqdan ...

Azərbaycanda pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 25-də respublika üzrə pensiyalarıə pensiyaların tam ödən...