Azərbaycan Zəngəzur dəhlizi layihəsindən imtina edib? - AÇIQLAMA

Azərbaycan Zəngəzur dəhlizi layihəsindən imtina edib? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Zəngəzur dəhlizi məsələsi Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişindən çıxarılıb və növbəti mərhələyə saxlanılıb. Bu istiqamətdə müzakirələr isə hələ də davam edir, müxtəlif səbəblər səsləndirilir.

 

Bəs qərarın pərdəarxasında nələr dayanır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, sözügedən qərarı Azərbaycanın zaman qazanmaq üçün strateji gedişi hesab etmək olar:

 

“Bakı “mövcud şərtlərdə kommunikasiyanın açılması Zəngəzur dəhlizi layihəsinin reallaşması imkanlarını arxa plana keçirirsə, məsələni sonraya saxlamaq daha sərfəlidir” prizmasından yanaşır. Çünki sülh danışıqlarında təşəbbüsü ələ almağa çalışan və faktiki önə çıxan Vaşinqtonun irəli sürdüyü plan Zəngəzur dəhlizinin əleyhinədir. Orta dəhliz coğrafiyasına nəzarəti ələ keçirmək istəyən ABŞ-nin Mərkəzi Asiyadan Avropaya uzanan marşrutla bağlı planında Ermənistanın “sülhün qovşağı” layihəsi dəstəklənir. Ceyms Obrayn da son dövrlər “Mərkəzi Asiyadan başlayaraq, Azərbaycan və Ermənistandan keçən nəqliyyat şəbəkəsini” mütəmadi olaraq vurğulayır. ABŞ bu planın icrasını sürətləndirmək məqsədilə Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına və kommunikasiyanın açılmasına çalışır. Bu halda nəinki Zəngəzur dəhlizi, hətta Bakının Naxçıvana maneəsiz keçid üçün təklif etdiyi “Azərbaycandan Azərbaycana” prinsipi də sual altına düşür. Əvəzində, Ermənistan “sülh qovşağı” layihəsi ilə həm dəhliz məntiqini sıradan çıxarır, həm də nəqliyyat şəbəkəsində hablardan birinə çevrilmək imkanı qazanır. Bakı isə kommunikasiya məsələsini sülh sazişindən çıxarmaqla məhz ABŞ-nin mümkün planının yaratdığı riskləri neytrallaşdırmaq gedişi edir”.

 

Ekspert əlavə edib ki, kommunkasiya açılmadan sülh sazişinin imzalanması Bakı-İrəvan danışıqları üzərindən bölgəyə müdaxilə edən üçüncü tərəfləri prosesdən uzaqlaşdıracaq:

 

“Üçüncü tərəflər prosesdən uzaqlaşdığı təqdirdə, Bakı İrəvanı kommunikasiyanın Zəngəzur dəhlizi, yaxud Naxçıvana maneəsiz keçid məntiqi ilə açılmasına təşviq edəcək. Ermənistanın “dalandan” çıxmağının yeganə yolu Azərbaycan və Türkiyə ilə kommunikasiyanın açılmasıdır və onun masada tək qaldıqda Bakı, o cümlədən Ankara ilə razılaşmamaq şansı yoxdur. Kommunikasiya maddəsinin sülh sazişindən çıxarılması isə Zəngəzur dəhlizi layihəsinin yox, bu layihəyə yaranmış risklərin arxa plana keçirilməsi məqsədini daşıyır.  Bunların fonunda kommunikasiya maddəsinin yer almadığı sülh danışıqlarının əhəmiyyəti üçüncü tərəflər - ABŞ üçün azalır. Bu, Vaşinqtonu heç bir strateji məsələnin yer almadığı prosesdən uzaqlaşmağa vadar edə bilər, xüsusilə seçki mübarizəsi fonunda. Bu da Zəngəzur dəhlizinə yaranmış risklərin uzaqlaşması deməkdir”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

İstanbulda zəlzələ oldu

Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.   Məlumata görə, yerli saatla 23:...

Bütün dünyada manşetlərə çevrildi: Aşpaz öldürdüyü adamı xüsusi texnika ilə bişirdi

Fransada gedən məhkəmədə ortaya çıxan hadisə bütün dünyada trend mövzusuna çevrilib. Fransız aşpaz Philippe Schneider (Filip Şnayder) məhkəmədə etiraf edib ki, ...

Keyt Uinsletin qızı ilk dəfə Kann kinofestivalında göründü - FOTOLAR

Oskar mükafatlı britaniyalı aktrisa Keyt Uinsletin qızı, 24 yaşlı Mia Threapleton anasının yolu ilə gedib və özünü kinoya həsr etmək qərarına gəlib. Qız ilk dəf...

Rusiyada “Harri Potter” qadağan edilir: Niyə Makqonaqalı sevmirlər?

Rusiyada senzuranın yeni dalğası barədə məlumat yayılıb. Belə ki, sentyabrın 1-dən Rusiya Federasiyasında Roskomnadzorun qərarı qüvvəyə minəcək. Qərara əsasən, ...

ChatGPT ilə birgə planlaşdırıb: 16 yaşlı şagird məktəbdə 3 qızı bıçaqlayıb

Finlandiyada bıçaqlı hücumun görüntüləri bütün dünyada manşetlərə çevrilib. 16 yaşlı oğlan şagird sosial şəbəkədə paylaşım edərək məktəbdə 3 qız şagirdə bıçaqla...

Rubio Xəzər interkonnektorundan danışdı

ABŞ Dövlət katibi Marko Rubio Xəzər interkonnektorunu tamamlamağın ABŞ və müttəfiqlərin maraqlarına uyğun olduğunu təsdiqləyib.   Sfera.az xəbər veri...