Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi avqustun 28-dən QÜVVƏYƏ MİNƏCƏK

Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi avqustun 28-dən QÜVVƏYƏ MİNƏCƏK

Mərakeş və Azərbaycan arasında vizadan azad edilməsi haqqında saziş avqustun 28-dən rəsmi olaraq qüvvəyə minəcək.

 

Bu barədə Sfera.az-a Mərakeşin Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, sözügedən tarixdən etibarən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Məraakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər. Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman vizasız imtiyazlardan yararlanacaqlar.

 

"Bu viza azadlığının Mərakeş və Azərbaycan arasında mövcud səyahət, turizm və biznes mübadiləsini əhəmiyyətli dərəcədə artırması gözlənilir. Diqqətəlayiqdir ki, avqustun 28-də Mərakeş ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü (28 avqust 1992-ci il) də qeyd olunur. Vizasız rejimin tətbiqinin bu tarixdə olması da bu iki ölkəni birləşdirən qardaşlıq münasibətlərinin dərinləşməsinə olan qarşılıqlı sadiqliyin sübutudur",- məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda axtarışda olan şəxs Rusiyaya təhvil verildi

Azərbaycan beynəlxalq axtarışda olan Rusiya vətəndaşını ölkəsinə ekstradisiya edib.   Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib. &nb...

Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət mü...

Azərbaycan Dəmir Yollarında yeni təyinat oldu

"AZCON Holding”in şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC-də (ADY) yeni təyinat olub.   Bu barədə Sfera.az-a səhmdar cəmiyyətində...

Tovuzda kütləvi zəhərlənmə olub

  Tovuzda kütləvi zəhərlənmə olub.   Sfera.az-ın məlumatına görə, rayonda 8 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiri...

Ceyhun Bayramov İranın yeni səfirini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.   ...

Zakir Həsənov bu gün general olan zabitlərlə görüşdü- FOTOLAR

İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezidentin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqç...