7 mindən çox miqrant ölüb

7 mindən çox miqrant ölüb

2016-ci ilin əvvəlindən Avropaya keçmək məqsədi ilə yola çıxan 7 mindən çox miqrant ölüb.
 
APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məruzəsində bildirilir.
 
Belə ki, cari ildə 7 189 miqrant ölüb və yaxud itkin düşüb. Bu, ötən illərlə müqayisədə rekord göstəricidir.  Onlardan yarısından çoxu, 4812 nəfər Aralıq dənizində həyatını itirib. Beynəlxalq Miqrasiya Təşkilatı ilin axırınadək ölüm faktlarının artacağını istisna etmir.
 
Ümumilikdə, 2016-cı ildə Aralıq dənizi vasitəsilə Avropaya 357 249 nəfər gəlib. Avropaya qeyri-qanuni yollarla daxil olmaq istəyən qaçqınların əksəriyyəti Yunanıstan vasitəsi ilə öz niyyətlərinə çatıb. İl ərzində bu ölkə 170 mindən çox miqrantı qəbul edib. 
 
Qeyd edək ki, ötən ilki məruzədə Beynəlxalq Miqrasiya Təşkilatı 3 695 miqrantın öldüyünü və yaxud  itkin düşdüyünü bildirirdi.



OXŞAR XƏBƏRLƏR

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...

“Aprelin əvvəlində sənədlər hazırlansın”- Prezident göstəriş verdi

“Ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var....

Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi

Fransada yaşayan 44 yaşlı kişi ayağındakı ağrı və zəiflik səbəbindən həkimə müraciət edib. Müayinələrdən sonra həkimlər ayaq ağrılarının nevroloji pozğunluqdan ...

Azərbaycanda pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 25-də respublika üzrə pensiyalarıə pensiyaların tam ödən...

Zelenski: Müharibəni bu il bitirə biləcəyimizə ümid edirəm

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin bu il sona çatacağına ümid etdiyini bildirib. Sfera.az xəbər verir ki, o, Kiyevdə keçirilən “Ukraynay...