Amerikaya da silah satırıq

Amerikaya da silah satırıq

"Hazırda Müdafiə Sənayesi Nazirliyinin tərkibində hərbi zavodlar fəaliyyət göstərir. Bu zavodlarda bu günə qədər 1160 adda hərbi təyinatlı məhsul istehsal olunub".

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi bir çox ölkələrə hərbi təyinatlı məhsullar satır. Bu ölkələr sırasında ABŞ, Cənubi Koreya və Afrika ölkələri var: "Bu da onu göstərir ki, Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məhsullar ən yüksək standartlara cavab verir”.

Y. Camalov həmçinin bildirib ki, hərbi təyinatlı məhsulların satışı ilə bağlı ümumi dəyəri 110 milyon dollar olan müqavilələr imzalanıb, bu müqavilələrin 61 milyon dollar dəyərində olan qismi icra olunmaqdadır.

Nazir əlavə edib ki, Azərbaycan həmçinin elektromaqnit impulslu silahlar istehsal edəcək: `Silahların istehsalı istiqamətində danışıqlar başlayıb və yaxın illərdə istehsalı nəzərdə tutulub. Bu silahlar 2 km məsafədə düşmənin radio-elektron qurğularını sıradan çıxaracaq`.

Nazir deyib ki, Azərbaycanın əsas məqsədi uzaq mənzilli raketlərin istehsalıdır. Bu istiqamətdə dünyanın hərbi şirkətləri ilə danışıqlar aparılır.



OXŞAR XƏBƏRLƏR

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...

“Aprelin əvvəlində sənədlər hazırlansın”- Prezident göstəriş verdi

“Ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var....

Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi

Fransada yaşayan 44 yaşlı kişi ayağındakı ağrı və zəiflik səbəbindən həkimə müraciət edib. Müayinələrdən sonra həkimlər ayaq ağrılarının nevroloji pozğunluqdan ...

Azərbaycanda pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 25-də respublika üzrə pensiyalarıə pensiyaların tam ödən...