Amerikalı görünüşü ilə diqqət çəkdi: Kanadalı porno ulduz medal qazandı - FOTOLAR

Paris Olimpiadası ən qalmaqallı və maraqlı anları ilə tamaşaçıları təəccübləndirməkdə davam edir.
Olimpiya Oyunlarında qadınların güllə atma yarışını izləyən azarkeşləri ABŞ-dan olan idmançı xeyli təəccübləndirib. İdmançı Raven Sonders qeyri-adi görünüşü ilə hər kəsi təəccübləndirib. O, yarışlar zamanı ekstravaqant maska taxıb.
Sfera.az bildirir ki, Tokio Olimpiadasının gümüş mükafatçısı, "Hulk" ləqəbli Raven yaşıl-bənövşəyi saçları, qara maskası və günəş eynəyi ilə meydana çıxıb.
Saundersin sözlərinə görə, maska digər idmançıları qorxudur, konsentrasiyanı və motivasiyanı artırır. Eyni zamanda maska onun "Hulk" ləqəbinin ("alter eqo") personasını mənimsəməsinin bir hissəsidir.
Pərəstişkarları idmançının tərzini bəyənib. Sosial şəbəkə istifaçilərindən biri yazıb:
"İndiyə qədər Raven Saunders haqqında heç vaxt eşitməmişdim, amma indi sadəcə onu sevirəm”.
Əvvəlcə idmançı 165 santimetr boyu olan güclü bədən quruluşuna görə "Hulk" ləqəbini alıb. 2020-ci il Tokio Olimpiadasında o, ilk dəfə maska taxaraq gümüş medal qazanıb.
Qeyd edək ki, “OnlyFans"ulduzu Alişa Nyuman avqustun 7-də Parisdə keçirilən 2024-cü il Olimpiadasında dayaqla tullanmada bürünc medal qazanıb. O, stadionunda pərəstişkarları üçün tverkinq edərək qələbəsini qeyri-adi şəkildə qeyd edib.
Nyuman gərgin final yarışında 4,85 m məsafəni qət edərək milli rekordu qırıb. O, tamaşaçıların gurultulu alqışları ilə çıxışını alovlu rəqslə başa vurub.
Alişa Parisdəki uğurundan sonra dayaqla tullanmada olimpiya medalını qazanan ilk kanadalı, 1912-ci ildən isə ölkənin yeganə təmsilçisi olub. 30 yaşlı qız idman oynamaqla yanaşı, "OnlyFans"da külli miqdarda pul qazanaraq həyatı haqqında hekayələrlə pərəstişkarların qarşısına çıxır.
Aysel
Sfera.az