Türkiyədə yenə terror oldu
11:01 / 17.12.2016
1995
Türkiyədə yenidən terror partlayışı olub.
Sfera.az "Hürriyet"ə istinadən xəbər verir ki, partlayış səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında baş verib.
Məlumata görə, partlayış avtobusda törədilib. İnsident zamanı ölən və yaralıların olduğu bildirilir. Partlayış məzuniyyətə çıxan əsgərləri avtobusa minən zaman zaman baş verib.
Hadisə yerinə xeyli sayda təcili yardım və yanğınsöndürən maşınları cəlb olunub.