Mehriban Əliyevadan Həsrət Cəfərovla bağlı paylaşım - FOTO

Mehriban Əliyevadan Həsrət Cəfərovla bağlı paylaşım - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürünc medal mükafatı qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovu təbrik edib.

 

Sfera.az xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkədə yazıb.

 

"Ura! Növbəti qələbəmiz! Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!" deyə, o qeyd edib.

 


OXŞAR XƏBƏRLƏR