ABŞ-dən İrana XƏBƏRDARLIQ - İsrailə hücum olarsa...
ABŞ səlahiyyətliləri İran İslam Respublikasına İsrailə qarşı genişmiqyaslı hücuma başlamaq qərarına gəlsə, onun üçün ciddi risklər olacağı barədə mesaj verib.
Sfera.az xəbər verir ki bu barədə “The Wall Street Journal" məlumat yayıb. Nəşrin məlumatına görə, müzakirələr əsasən iqtisadi nəticələrdən gedib, lakin hələlik təfərrüatlar məlum deyil.
“ABŞ İrana xəbərdarlıq edib ki, İran İsrailə qarşı böyük bir hücuma keçərsə, onun yeni seçilmiş hökuməti və iqtisadiyyatı dağıdıcı zərbə alacaq. Amerika rəsmisinin sözlərinə görə, xəbərdarlıq həm birbaşa, həm də vasitəçilər vasitəsilə Tehrana çatdırılıb”, - mətndə deyilib.
WSJ-nin qeyd etdiyi kimi, Amerika tərəfi İrana İsrailə qarşı ciddi tədbirlər görmək qərarına gəlsə, bütövlükdə Yaxın Şərqdə eskalasiya təhlükəsi barədə eyham vurub.
Xatırladaq ki, Tehranın mərkəzində Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə hücum nəticəsində regionda vəziyyət gərginləşib. İran hadisədə İsraili günahlandıraraq, tez və sərt cavab verəcəyini vəd edib. Və Tel-Əviv xəbərdarlıq edib ki, yəhudi dövlətinə hücum edilərsə, Tehran yüksək bədəl ödəyəcək. Dünya mediasında belə bir fikir var ki, İran çox yaxın vaxtlarda İsrailə qarşı hərəkətə keçə bilər.
İnci
Sfera.az