Kim Çen In nənəsinin evini sökdürdü - SƏBƏB
Şimali Koreya lideri Kim Çen In nənəsinin evini sökdürüb.
Sfera.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata əsasən, Kim Çen Inın sökdürdüyü ev babası Kim İr Senin ikinci həyat yoldaşı Kim Sun Aedin yaşadığı ev olub.
Kim Çen Inın ögey nənəsinə qarşı münasibəti yaxşı olmayıb. Uzun illər əvvəl Sun Aed öz oğlunu hakimiyyətə gətirmək istəyirmiş. Gizli olan bu istəyi Kim Çen In bildikdən sonra ögey nənəsini meşə və süni göllə əhatə olunan təpədə yerləşən malikanədə ev dustaqlığına salmışdı. Kim Sun 2014-cü ilə kimi, yəni vəfat edənə qədər bu malikanədə yaşayıb.
Peyk şəkilləri əsasında Şimali Koreyanın ətraflı xəritəsini tərtib edən tədqiqatçı Ceykob Boql “Daily Mail”ə bildirib ki, indi həmin ərazidə tikili yoxdur. Eyni zamanda bu ərazinin ətrafındakı hasar daha da genişlənib. Boql qeyd edib ki, evin niyə sökülməsi ilə bağlı suala dəqiq cavab yoxdur. Onun sözlərinə görə, Kim Çen In artıq bir neçə dəfə repressiv məmurlara məxsus mülkləri, eləcə də ölümündən sonra öz babası Kim İr Senin villasını söküb. Tədqiqatçı iddia edir ki, Şimali Koreya lideri nənəsinin iqamətgahını saxlamaq üçün vəsaiti olmadığından bu addımı atıb.
Vasif