“Rusiya bu səbəbdən daha çox insanı səfərbər edə bilmir” - Ekspert
Ukraynalı hərbi ekspert Sergey Qrabski hesab edir ki, Rusiyanın təlim imkanları məhdud olduğundan daha çox insanı orduya cəlb edə bilmir.
Sfera.az xəbər verir ki, Qrabski bununla bağlı fikirlərini Ukrayna mediası ilə bölüşüb.
O deyib ki, Rusiyanın təlim düşərgələrində ən çoxu 350 min əsgərə təlim keçmək mümkündür. Ekspert hazırda təlim düşərgələrinin maksimum gücü ilə işlədiyini və buna görə də əlavə çağırışçıların qəbulunun mümkün olmadığını bildirib.
Onun sözlərinə görə, təlim imkanlarının məhdudlaşması əsgərlərin uzun müddət təlim keçməsinin qarşısını da alır: “Buna görə də bəzən rus komandanlığı cəmi 2-3 həftəlik hərbi təlim keçmiş əsgərləri döyüşə göndərir. Biz başa düşməliyik ki, 21-ci əsrin müharibəsi sadəcə olaraq pulemyotlarla qaçan bir dəstə silahlı insanların müharibəsi deyil. Müasir dövrdə əsgərlərin daha çox və daha ətraflı hazırlaşması lazımdır. Bunun üçün isə daha çox vaxta ehtiyac var. Məsələn, bir tank heyətini yetişdirmək üçün ən azı 3-4 ay lazımdır. Rusiyanın böyük səfərbərlik resursu var. Lakin məhz təlim imkanlarının məhdud olması həmin resursun döyüş potensialına çevrilməsinin qarşısını alır”.
Qeyd edək ki, Qərb ekspertləri itkilərin çox olmasını nəzərə alaraq gələn il Rusiyada yeni səfərbərliyin elan ediləcəyini gözləyir.
Vasif