"Mahmud Abbasın Ərdoğanla görüşündən sonra..." - Yaxın Şərqdə sülh gözlənilir?

"Mahmud Abbasın Ərdoğanla görüşündən sonra..." - Yaxın Şərqdə sülh gözlənilir?

Fələstin Prezidenti Mahmud Abbas Rusiya KİV-inə müsahibəsində deyib ki, Fələstin sülh konfransı çərçivəsində İsraillə yekun statusla bağlı danışıqlara hazırdır. O vurğulayıb ki, təqdim olunan həll müəyyən vaxt qrafikinə uyğun olaraq beynəlxalq sülh konfransı çərçivəsində İsraillə yekun statusla bağlı danışıqlara başlamağı və regional təhlükəsizlik mexanizminin işlənib hazırlanmasını nəzərdə tutur. 

 

Yaxın Şərqdə sülh gözlənilirmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, M.Abbasın bu açıqlaması Fələstinin geri çəkilməsi və ya təslim olmağa hazırlaşması kimi qiymətləndirilməməlidir:

 

“Fələstin indiki halda İsraillə müəyyən konsensusun əldə edilməsinə çalışa bilər. İsrail isə buna yaxın durmaz. Hətta İsrail istəsə belə, ABŞ prosesə mane olacaq və mümkün qədər çalışacaq ki, ehtimal olunan danışıqların qarşısını alsın. Bu nöqteyi-nəzərdən yaxın gələcəkdə Yaxın Şərqdə “suların durulacağı” inandırıcı görünmür. Əksinə, perspektivdə müharibənin genişlənməsi ehtimalı daha realdır”.

 

K.Novruzov xatırlatdı ki, M.Abbas bu açıqlamanı Türkiyəyə səfəri ərəfəsində verib:

 

“O, avqustun 14-15-də Türkiyədə olacaq, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. M.Abbasın R.T.Ərdoğanla görüşündən sonra fərqli açıqlamalar verməsi mümkündür. Ola bilsin ki, HƏMAS-ın tanınan şəxslərinin, liderlərinin ard-arda öldürülməsi Fələstin hökumətində müəyyən mənada ruh düşkünlüyü yaradıb. Buna baxmayaraq, bu, müharibənin yaxın vaxtda başa çatacağı üçün əsas deyil. Çünki ABŞ buna mümkün qədər mane olmağa çalışacaq. İsrailin isə hələ ki dayanmaq fikri yoxdur. Əksinə, mümkündür ki, İsrail müharibənin növbəti mərhələsinə hazırlaşsın. Müharibənin yaxın gələcəkdə başa çatacağı inandırıcı deyil”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...