Coli oğlunun keçirdiyi qəzaya görə Pitti GÜNAHLANDIRDI: "Vecsiz..."

Coli oğlunun keçirdiyi qəzaya görə Pitti GÜNAHLANDIRDI: "Vecsiz..."

Aktrisa Ancelina Coli keçmiş əri aktyor Bred Pitti oğlunun qəzaya uğramasına səbəb olmaqda ittiham edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə "In Touch Weekly" məlumat yayıb.

 

“Ancelina hesab edir ki, Bred onun tək övlad böyüdən ana kimi keçdiyi çətinlikləri qiymətləndirmir. İlk növbədə onun bu vəziyyətə düşməsi Bredin günahıdır, çünki o, öz etinasızlığı nəticəsində sahib olduğu ailəni məhv edib", - nəşr bildirib.

 

Mənbə əlavə edib ki, Ancelina Coli keçmiş ərini vecsiz hesab edir. Ancelinanın fikrincə, Bred övladlarını böyütmək əvəzinə, onu məhkəmələrdə süründürmək üçün milyonlar xərcləyir.


Xatırladaq ki, iyulun 29-da Coli və Pittin oğlu  Los-Ancelesdə qəzaya düşüb. Paks elektrik velosipedini avtomobilə çırpıb. Qeyd olunur ki, oğlan dəbilqəsiz hərəkət edib. Hadisə yerinə polis əməkdaşları və həkimlər gəlib. Ötən gün Bred Pitt qəzadan sonra oğlu Paksla əlaqə saxlaya bilmədiyini deyib. Aktyor qəzaya görə çox məyus olduğunu və heç nə edə bilmədiyi üçün özünü pis hiss etdiyini bildirib. Pitt dəfələrlə övladlarına zəng etsə də, onlar atalarının zənglərinə cavab verməyiblər.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Trump bu mühüm kanala da göz dikdi - "ABŞ olmadan..."

ABŞ Prezidenti Donald Tramp, Qrenlandiya və Panama kanallarından sonra Süveyş Kanalına da maraq göstərib. Tramp ABŞ hərbi və ticarət gəmilərinin, bu strateji ka...

Ağacları kəsən şirkət cəzalandırılıb

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 26 aprel 2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı Nərimanov ray...

Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunub - FOTOLAR

Azərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunub.   Təmizlik vasitələri necə istehsal olunur?   Azərsun Kağız Karton...

Netanyahunun Bakıya gələcəyi tarix məlum oldu

İsrail Baş naziri Benyamin Netanyahu mayın 8-də Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” nəşri məlumat...

"Böyük Partlayış"a inam azalır - Kainat necə yaranıb?

Elm dünyasının son 60 ildə kainatın başlanğıcını izah etmək üçün əsas götürdüyü "Böyük Partlayış" nəzəriyyəsi öz aktuallığını itirir. Yeni bir nəzəriy...

Pezeşkianın Azərbaycan səfəri nə ilə nətilənəcək?

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib. Onu Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Hazırda isə İlham Əliy...