Ukraynanın Kurska hücumunun İKİ MƏQSƏDİ - ŞƏRH

Ukraynanın Kurska hücumunun İKİ MƏQSƏDİ - ŞƏRH

Xəbər verdiyimiz kimi, Ukrayna ordusu 6 avqustdan Kursk vilayətinə hücum edib və 11 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Bu hadisə dünya mediasında da gündəm olub, hücumun səbəbləri barədə müxtəlif versiyalar irəli sürülüb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, Ukrayna əsgərlərinin Rusiyanın Kursk vilayətinə daxil olması xüsusi hərbi əməliyyatdır. O xatırladıb ki, son məlumata görə, Ukrayna ordusu 25 km dərinliyə qədər irəliləyib:

 

“Avropaya qaz nəqlini təmin edən Sudja qazölçmə stansiyası nəzarətə götürülüb, xeyli Rusiya əsgəri əsir düşüb. Ukrayna ordusunun Sudja şəhərini də nəzarətə götürdüyü barədə təsdiq olunmamış məlumatlar var. Fikrimcə, Ukrayna siyasi-hərbi rəhbərliyi bu əməliyyatda 2 məqsəd güdə bilər. Birincisi, Rusiya komandanlığını Donbasdakı qüvvələrinin bir qismini Kursk yanğınını söndürmək üçün geri çəkməsinə nail olmaq. Hazırda Donbasda - Pokrovsk istiqamətində Ukrayna üçün mürəkkəb vəziyyət yaranıb. Rusiya komandanlığı bu istiqamətdə ciddi perspektiv görərək rezervlərini buraya yönəldir və Ukrayna müdafiəçiləri üzərində təzyiqi hər gün artıraraq irəliləyir.  İkincisi, Kiyev Rusiya ərazilərinin bir qismini, o cümlədən Kurskdakı strateji obyektləri ələ keçirərək orada möhkəmlənmək və beləliklə, danışıqlar masasında əlini gücləndirmək istəyir. Bu, çox çətin vəzifədir və müxtəlif amillərdən, o cümlədən Ukraynanın bu əməliyyata nə qədər qüvvə cəlb etməsindən asılıdır”.

 

Ş.Cəfərli qeyd edib ki, Rusiya hazırda itirdiyi əraziləri geri almaq üçün bütün gücünü səfərbər edir:

 

“Müharibənin gedişatını dəyişdirmək üçün Ukrayna tərəfindən qeyri-standart addımlara ehtiyac var və Kursk əməliyyatı bu tip addımlardan biridir. Nəticələri necə olacaq, onu demək çətindir”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...