İngiltərə klubu Türkiyə millisinin futbolçusu üçün 35 milyon avro TƏKLİF ETDİ

İdman
14:51 / 08.08.2024
8215
Türkiyə millisinin və "Fənərbağça" klubunun futbolçusu Ferdi Kadıoğlu karyerasını İngiltərədə davam etdirə bilər.
Sfera.az yerli mətbuata istinadən xəbər verir ki, "Brayton" cinah müdafiəçisi üçün İstanbul təmsiçisinə 35 milyon avro təklif edib.
24 yaşlı oyunçu ilə bu ölkənin bir neçə klubu da maraqlanır.
Qeyd edək ki, Ferdi Kadıoğlu 2018-ci ildən "Fənərbağça"nın formasını geyinir.