Elvin Cəfərquliyevin cəzası AÇIQLANDI

Elvin Cəfərquliyevin cəzası AÇIQLANDI

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 1-ci turu ilə bağlı qərarlar qəbul olunub. 

 

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev “Araz-Naxçıvan”la oyunda qırmızı vərəqə aldığı üçün bir oyunluq cəzalanıb. 

 

Digər qərarlar isə aşağıdakı kimidir:

 

“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.

 

“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilib.

 

 cəzalanıb, “Qarabağ” klubu 500 manat cərimə edilib.

 

“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilib.

 

“Sumqayıt” – “Kəpəz” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” klubu 500 manat cərimə edilib.

 

“Sumqayıt” – “Kəpəz” görüşündə oyun günü planı pozulduğuna görə “Sumqayıt” klubu 1000 manat cərimə edilib.


OXŞAR XƏBƏRLƏR