Rusiya MN: "Kursk vilayətində Ukrayna tərəfinin irəliləməsinin qarşısı alınıb"
Rusiyanın Müdafiə Nazirliyi Kurskadı vəziyyətlə bağlı məlumat yayıb.
Sfera.az xəbər verir ki, nazirlik sutka ərzində Kursk vilayətinin Ukrayna ilə sərhəddəki Sudja və Korenevsk rayonları ərazisində döyüşlərin getdiyini açıqlayıb.
Bildirilib ki, görülən adekvat tədbirlər nəticəsində Ukrayna tərəfinin irəliləməsinin qarşısı alınıb.
Gecə saatlarında Sum vilayəti ərazisində Ukrayna ordusunun mövqelərinə hava zərbələri endirilib. Nəticədə qarşı tərəfindən 400-dən çox hərbi qulluqçu öldürülüb, 32-dən artıq zirehli texnikası sıradan çıxarılıb.
Ümumilikdə Kurskda döyüşlər başladıqdan bu yana Ukrayna ordusu 660-dan çox şəxsi heyət üzvünü itirib.
İnformasiyada o da bildirilir ki, onların 12 ədəd zirehti transportyor, 6 ədəd piyadaların döyüş maşını, 55 ədəd zirehli avtomobil və mühəndis texnikası daxil olmaqla, 32 ədəd hərbi texnikası sıradan çıxarılıb.