Laçında itkin düşmüş hərbçi ilə Gəncədə vida mərasimi KEÇİRİLİR - YENİLƏNDİ

Laçında itkin düşmüş hərbçi ilə Gəncədə vida mərasimi KEÇİRİLİR - YENİLƏNDİ

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu ilə Gəncədə dəfn edilib.

 

Sfera.az-ın məlumatına görə, Firdovsi Abdullayev Gəncənin Şəhidlər xiyabanında dəfn edilib.

 

Dəfn mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin birinci müavini Seymur Nazarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Hikmət Orucov, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanlarının rəhbər işçiləri, hərbçilər, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Firdovsi Abdullayevin tabutunun büründüyü Azərbaycan Bayrağı onun atasına təqdim edilib. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

 

***

 

11:06

 

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu ilə Gəncədə vida mərasimi keçirilir.

 

Sfera.az-ın apa-ya istinadən məlumatına görə, vida mərasimi onun ailəsini Gəncə şəhərində yaşadığı Məhsəti qəsəbəsində baş tutub.

 

Mərasimdə Firdovsi Abdullayevin ailə üzvləri, şəhid ailələri, qazi və hərbiçilər iştirak edirlər.

 

Vida mərasimindən sonra Firdovsi Abdullayevin meyitinin qalıqları sabah Gəncənin Şəhidlər xiyabanında dəfn ediləcək.

 

Qeyd edək ki 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. Hazırda ailəsi Gəncə şəhərində yaşayır.

 

Xatırladaq ki, 3 mart 2022-ci ildə Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlu Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər. Onların meyit qalıqları 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.


OXŞAR XƏBƏRLƏR

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...

ADAU-da elmi-nəzəri konfrans keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə “Ordumuz Qürurumuzdur” mövzusunda elmi-nəzəri konf...