Çin və Rusiya beynəlxalq hüquq üzrə məsləhətləşmələr APARDILAR
Dünya
10:00 / 08.08.2024
6768
Rusiya və Çinin nümayəndələri beynəlxalq hüquq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Sfera.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Moskvada Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə və Hüquqi Əlaqələr Departamentinin direktoru Ma Sinmin və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Hüquq Departamentinin direktoru Maksim Musixin qarşılıqlı maraq doğuran beynəlxalq hüquq məsələləri ətrafında fikir mübadiləsi aparılıblar”, - məlumatda deyilir.