Britni Spirsin oğulları babalarını bağışladılar: Qalmaqal haqqında nə məlumdur?

Britni Spirsin oğulları babalarını bağışladılar: Qalmaqal haqqında nə məlumdur?

Britni Spirsin oğulları Şon Preston və Ceyden Ceyms uzun müddətdir davam edən ailə qalmaqalına son qoyaraq ana babaları Ceymi Spirslə barışmaq qərarına gəliblər. Məhkəmədən sonra ailə üzvləri bir-birilə əlaqə saxlamayıb. Britni Spirsin atasına qarşı cinayət işi açılmasa da, nəvələri ilə görüşə qadağa qoyulub.
 

Sfera.az bildirir ki, müğənninin uzun müddətdir vəkili olan Kevin Federlayn Mark Vinsent Kaplan avqustun 6-da bu barədə məlumat verib.



"Oğlanlar babaları üçün darıxıblar" - deyə vəkil bildirib.



Qeyd edək ki, 2019-cu ilin avqustunda Ceymi o zaman 13 yaşında olan nəvəsi Şon Prestonla dava etməkdə günahlandırılıb. İddiaya görə, baba dava zamanı yeniyetmənin yanına getmək üçün qapını sındırıb və onu tutaraq sıxıb. Lakin gəncin bədənində heç bir əzilmə olmayıb. Bundan sonra Ventura Dairə Prokurorluğu hadisə ilə əlaqədar Ceymiyə qarşı cinayət ittihamı irəli sürməyib, lakin barəsində həbs qətimkan tədbiri seçilib.


Münaqişədən beş il keçdikdən sonra vəkil jurnalistlərə bildirib ki, həbs qətimkan tədbiri “məhdudiyyət müddəti”dir.
 

18 yaşlı Şon Preston və 17 yaşlı Ceyden Ceymsin 72 yaşlı Ceymi ilə görüşüb-görüşmədiyini soruşduqda, vəkil bildirib ki, uşaqlar babaları ilə danışırlar.
Mənbənin dediyinə görə, avqustun 11-i gənclərin babalarını ziyarət etməyi planlaşdırdıqları iddia edilir.



Bu barışığa nəyin səbəb olduğu və ya Ceyminin sağlamlıq problemlərinin rol oynayıb-oynamadığı bəlli deyil. Britninin atası (keçmiş qəyyumu) ayağı 2023-cü ilin noyabrında diz implantı əməliyyatı zamanı infeksiyaya yoluxub və amputasiya edilmişdi. Nəticədə o, əlil arabasına məhkum olub.


42 yaşlı Britni isə səhhətinin pisləşməsinə baxmayaraq atası ilə barışmaq niyyətində deyil. Lakin o, oğulları ilə münasibətlərini yaxşılaşdıra bilib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Abşeron yarımadasında xəzri küləyi sabah güclənəcək

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.     Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məl...

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...

Qaxda avtomobil 74 yaşlı piyadanı vurdu

Qaxda 74 yaşlı kişini avtomobil vurub.     Sfera.az xəbər verir ki, hadisə Qax şəhəri ərazisində baş verib.   Qax rayonu Qaxb...

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Bakı şəhərində öz mənzilinə sahib olmaq bir çox gəncin əsas hədəflərindən biridir. Lakin artan qiymətlər, şərtlər bu arzunu reallığa çevirməyi çətinləşdirir. So...

Qardaşı tərəfindən boğazı kəsilən qadın hamilə imiş

Bir gün öncə qardaşı tərəfindən boğazı kəsilən 1987-ci il təvəllüdlü Gülnarə Nəcəfova altı aylıq hamilə imiş.   Sfera.az Teleqraf-a istinadla xəbər v...

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 2-də Abşeron yarımadasında mülayim...