Amazon meşələrində ağac kəsənlərə hücum edildi
Peruda Amazon meşələrində müasir dünya haqqında heç nə bilməyən, insanlarla təmasda olmayan bir qəbilə kaman və nizələrlə ağac kəsənlərə hücum edib.
Sfera.az bildirir ki, hadisə Peru Amazonunun mübahisəli adlanan hissəsində baş verib. “FENAMAD” yerli koalisiyası hadisə barədə məlumat verib və hökuməti Maşko-Piro qəbiləsinin ərazisini qorumaq üçün kifayət qədər iş görməməkdə ittiham edib.
Qəbilə üzvləri ərazilərinə soxulan bir qrup ağac kəsənlərdən birini ağır yaralayıb.
Hücum tropik meşələrin hökumətin toxunulmamış qəbilə ərazisi kimi tanıdığı bir hissəsində baş verib. Problem ondadır ki, bu ərazi heç vaxt rəsmi mühafizə olunmayıb.
“FENAMAD” Perunun yerli xalqları qorumaqdan məsul olan Mədəniyyət Nazirliyindən qəbilənin təhlükəsizliyini təmin etmək üçün vəziyyətə təcili müdaxilə etməyi xahiş edib.
“Survival International” QHT-nin bəyanatında deyilir:
"Hücum bütün Mashco Piro (Maşko Piro) ərazisinin lazımi şəkildə mühafizə olunmasının nə qədər vacib olduğunu sübut edir. Ərazidə bütün ağac kəsmə lisenziyaları ləğv edilməlidir".
Maşko-Piro xalqı Perunun cənub-şərqindəki yağış meşələrində yaşayan köçəri ovçu-toplayıcılar icmasıdır. Təxminən 750 üzvü olan Yer kürəsində ən böyük vəhşi qəbilələrdən biri hesab olunur.
Aysel
Sfera.az
Bu qəbilənin xarici dünyaya düşmən olmaq üçün hər cür səbəbi var. 19-cu əsrin sonlarında qəbilə Amazonun qərbində müstəmləkəçi rezin baronların əlindən əziyyət çəkirdi. Sonra minlərlə qəbilə üzvü əsarət altına alınıb, bir çoxları öldürülüb.
Bu günlərdə qəbilə yeni təhlükə ilə - bəzən qanunsuz olaraq həyata keçirilən meşələrin qırılması ilə üzləşir.
“Survival International”ın direktoru Caroline Pearce:
“Bu humanitar fəlakətdir, ona görə də ağac kəsənlərin geri göndərilməsi və Maşko-Piro ərazisinin lazımi qaydada mühafizəsi çox vacibdir"-deyə bildirib.