Selin Dion həkimlərin xəbərdarlıqlarına baxmayaraq konsert verməyi planlaşdırır
56 yaşlı kanadalı müğənni Selin Dion ağır xəstəliyinə baxmayaraq konsert turları planlaşdırır.
Sfera.az bildirir ki, Parisdə keçirilən Olimpiada zamanı səhnəyə möhtəşəm qayıdışından sonra Selin Dion pərəstişkarlarını canlı ifalarla sevindirməyə davam etmək istəyir.
"Selin Parisdə hər şeyin nə qədər yaxşı getdiyini görüb daha da ümidləndi. Bu, son dönüş idi. O, bunun üçün çox çalışmışdı. Selin səhnəyə qayıtmaq ümidini heç vaxt itirmədi. Demək olar ki, ətrafdakı hər kəs, o cümlədən həkimlər bunun qeyri-mümkün olduğunu deməsinə baxmayaraq, o əsla əlini üzmədi”- deyə mənbə bildirib.
Qeyd edək ki, Selin Dion 15 ildən artıqdır ki, əzələ sərtliyi sindromu ilə mübarizə aparır. Bu xəstəlik ağrılı və kəskin əzələ spazmaları və sərtliyinə səbəb olan nadir nevroloji xəstəlikdir. Yalnız 2022-ci ildə ictimaiyyət müğənninin ağır xəstə olduğunu öyrənib. Xəstəliyindən bəri o, ictimaiyyətdən kənar gəzir və son vaxtlar bir neçə müsahibə verib. Xəstəliyi ilə mübarizəsindən danışıb. Məşhur 2024-cü ildə “Grammy” mərasimində də görünüb. O, Teylor Sviftə mükafat təqdim edib.
"Səhnəyə qayıdıb əylənmək arzusu onun sağlamlıq mübarizəsində böyük hərəkətverici qüvvə olub. O, heç vaxt təslim olmayıb və aylardır gizli şəkildə səsinin gücü və nəzarət üzərində işləyir"- deyə mənbə əlavə edib.
Mənbələr həmçinin bildiriblər ki, Dion səhnəyə qayıdacaq. Ehtimal ki, 2024-cü ilin noyabrında Las Veqas Qran Prisi zamanı “Resorts World Teatr”ında məhdud sayda şou da nümayiş etdirəcək.
Aysel
Sfera.az