Elon Mask “X” sosial şəbəkəsində reklam verməyən şirkətləri məhkəməyə verir


Elon Mask “X” sosial şəbəkəsində reklam verməyən şirkətləri məhkəməyə verir

“X” sosial şəbəkəsinin sahibi milyarder Elon Mask yeni iddia ilə məhkəməyə müraciət edib.
 

Sfera.az bildirir ki, Mask bir qrup iri reklamçıları antiinhisar qanunlarını pozmaqda ittiham edərək, onun sosial şəbəkəsində reklamı boykot etmək üçün sui-qəsd hazırladığını iddia edib.
 

“X” şirkətinin baş direktoru Linda Yaccarino bildirib ki, Maskın vəkilləri Məsul Media üçün Qlobal Alyansı (GARM), Ümumdünya Reklamçılar Federasiyasını (WFA) və ayrı-ayrı şirkətləri reklamçıları platformanı qeyri-qanuni boykota görə məhkəməyə verirlər.
 

Yaccarino reklamçılara açıq məktub dərc edərək, “X”nin iddialarının mahiyyətini izah edib. . O, bu təşkilatların və onların liderlərinin qanunsuz davranışının “X”ə milyardlarla dollara başa gəldiyini bildirib.


O, “GARM” üzvləri haqqında: "Onlar “X”i boykot etmək üçün sui-qəsd hazırlayıblar ki, bu da bizim gələcəkdə çiçəklənmə qabiliyyətimizi təhlükə altına qoyur"-deyib.
 

Məktubda Yakkarino ABŞ-ın Respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin hesabatına istinad edir. İddia edilir ki, “GARM” və üzvləri Mask platformanı satın aldıqdan sonra onu boykot ediblər. Beləliklə də, komitə qərara gəlib ki, “sui-qəsd” iştirakçıları antiinhisar qanunlarını pozaraq istehlakçıların seçimini məhdudlaşdırdılar.
 

100-dən çox tanınmış şirkətin daxil olduğu “GARM Alliance”ın həmtəsisçisi Rob Rakowitz bu iddiaları rədd edərək, reklam verənlərin ümumi fikirlərini əsas gətirərək, brendlərin harada reklam edəcəyinə özləri qərar vermək hüququnun olduğunu bildirib.


Yaccarino boykotun ilk növbədə istifadəçilərə təsir etdiyini bildirib.



"İki ildir ki, biz sülhü sınadıq, indi müharibədir"-deyə Mask “X” səhifəsində yazıb. O, həmçinin reklamçılar tərəfindən sistematik şəkildə boykot edilən digər şirkətləri də məhkəməyə müraciət etməyə çağırıb.


Hələlik onun iddiasına yalnız Kanadanın video hostinq və bulud saxlama sistemi “Rumble” qoşulub.


Qeyd edək ki, reklamçılarla Mask arasında fikir ayrılıqları o, “Twitter”i aldıqdan dərhal sonra başlayıb. Mask moderasiya siyasətini asanlaşdırıb və buna görə də reklamçılar nifrət məzmununun yayılmasından narahat olublar. 2023-cü ilin noyabrında isə “Apple”, “IBM”, “Disney” və Hollivud studiyaları Maskın yəhudilər haqqında öz açıqlamalarından sonra “X” sosial şəbəkəsində reklam verməkdən imtina ediblər.


Aynil

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Milli Parkdakı konsert və möhtəşəm atəşfəşanlıqdan FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Zəfər Günü ilə əlaqədar Bakının Dənizkənarı Milli Parkında bayram konserti təşkil olunub. Konsret proqramı atəşf...

BMT Baş katibi həftəsonu Bakıya gəlir

BMT Baş katibi Antonio Quterreş həftəsonu Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bunu "Report"un ABŞ bürosuna açıqlaması...

Netanyahu ABŞ-yə yeni səfir TƏYİN ETDİ

İsrailin Baş naziri Benyamin Netanyahu respublikaçı Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərindən sonra keçmiş təhsil nazirinin müavini Yehiel Layteri...

ABŞ-dəki yanğın milyon dollarlıq evləri külə çevirdi

ABŞ-nin Kaliforniya ştatında çərşənbə günü başlayan meşə yanğınları sürətlə yayılmaqda davam edir.   Sfera.az bildirir ki, məlumata görə, yanğın kən...

Naxçıvanda Zəfər Gününə həsr olunan konsert TƏŞKİL EDİLDİ

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Gününə həsr olunan konsert təşkil edilib.   Sfera.az xəbər verir ki, konsertdə vətənpər...

Şəkidə məktəb direktoru rabitə dirəyindən yıxıldı

Şəkidə məktəb direktoru rabitə dirəyindən yıxılaraq xəsarət alıb.   Sfera.az-ın məlumatına görə, hadisə günorta saatlarında rayonun Böyük Dəhnə kəndi...