Yunanıstanda zəlzələ oldu
Dünya
21:25 / 07.08.2024
5146
Yunanıstanın Krit adası sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 137 min sakinin yaşadığı Heraklion şəhərindən 64 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.